Zelenski tam atəşkəs razılaşması əldə olunarsa, seçkiləri müzakirə etməyə hazırdır

Ukraynada tam atəşkəs barədə razılaşma əldə olunacağı təqdirdə, seçkilərin keçirilməsi məsələsini müzakirə etməyə hazıram.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Ukrayna liderinin sözlərinə əsasən, seçkilərin təşkili üçün təhlükəsiz şərait yaradılmalı və vətəndaşların səsvermədə iştirakını təmin edən infrastruktur qurulmalıdır.

Qeyd edək ki, bundan əvvəl Zelenski “ABC News” telekanalına müsahibəsində Rusiya ilə 60 günlük tam atəşkəs barədə razılıq əldə olunacağı halda, ölkədə seçkilərin təşkil ediləcəyini bildirmişdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir