Rusiya Gürcüstanla münasibətlərin normallaşmasında maraqlıdır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
O, Gürcüstan xarici işlər nazirinin Rusiya ilə təmaslardan qorxmağa ehtiyacın olmadığı barədə bu yaxınlarda verdiyi bəyanatı alqışladığını qeyd edib.
“Hesab edirəm ki, bu, həm gürcü xalqının, həm də bizim Gürcüstanla münasibətlərimizin maraqarlarına uyğun praqmatik yanaşmadır”, – deyə Sergey Lavrov vurğulayıb.
Azinformasiya.az