Peskov: Kreml Aİ-nin Rusiya ilə ikitərəfli məsləhətləşmələrdən imtina etməsindən xəbərdardır

Avropa nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı heç bir konkret məlumat yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Brüsseldən avropalıların Rusiya ilə heç bir ikili təmasa girməyəcəyi barədə bəyanat səslənib.

“Brüsseldən eşitdiyimiz yeganə şey avropalıların heç bir ikitərəfli təmas girməmək qərarına gəldiyi barədə bir açıqlama idi”, – Peskov vurğulayıb.

Qeyd edək ki, 19 noyabrda Si Cinpin və Donald Trampla üçtərəfli görüşdən sonra Rusiya prezidenti Vladimir Putin avropalılara diplomatik kanallar vasitəsilə Moskvaya gəlmək və Avropa təhlükəsizlik arxitekturası ilə bağlı mövqelərini təqdim etmək üçün dəvət göndərildiyini açıqlayıb. Fransa Moskvaya dəvəti qəbul etməyə hazır olduğunu, lakin yalnız Avropanın Ukrayna nizamlanması ilə bağlı müzakirələrdə tam iştirak etməsi şərti ilə olduğunu bildirib.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir