Salyanda yol qəzaları baş verib, xəsarət alanlar var

Salyan rayonunda yol qəzaları baş verib, xəsarət alanlar var.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yol qəzası zamanı Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Kazımov Kərim Dövlət oğlu və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Rəhimova Kamalə Arif qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Digər yol qəzası isə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yağışlı havada hərəkət edən avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı Cəlilabad rayonunun Ocaqlı kənd sakini,1985-ci il təvəllüdlü Ağayev Ceyhun Nəbi oğlu xəsarət alıb.

Hər iki qəzada xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir