Rusiya Taxıl Sazişinin dayandırılması ilə bağlı Ankara, Kiyev və BMT-ni məlumatlandırıb

Moskva Taxıl Sazişinin uzadılmasına etirazı ilə bağlı Ankara, Kiyev və BMT katibliyini rəsmən məlumatlandırıb.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edək ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov Taxıl Sazişinin dayandırıldığı barədə açıqlama verib. Peskov, həmçinin qeyd edib ki, Rusiya Federasiyasının Taxıl Sazişi ilə bağlı mövqeyi Krım körpüsünə hücumdan öncə açıqlanıb və bu hücumun Moskvanın Taxıl Sazişi ilə bağlı mövqeyinə təsiri olmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir