Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az