Rusiyanın 14 şirkəti azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib

Rusiyanın 14 şirkəti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib.

Azinformasiya.Az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında keçirilən görüşdə bildirilib.

Toplantıda Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir