ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadasının danışıqlara mane olduğu barədə Pakistan ordusunun başçısı feldmarşal Asim Munirin məsləhətini nəzərdən keçirəcək.
Azinformasiya.az xəbər verir ki, “Reuters“ə danışan pakistanlı təhlükəsizlik rəsmisi Trampın Asim Munirlə telefon danışığında İrana qarşı blokadanın sülh danışıqlarına maneə törətdiyi ilə bağlı Munirin tövsiyəsini nəzərə alacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin rəhbərliyi tərəfindən ABŞ-la danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı heç bir qərarın verilmədiyini qeyd edib.
Azinformasiya.az