Rusiya ABŞ-İran danışıqlarında iştirak etmir, ancaq sülh yolu ilə həllin əldə edilməsinə kömək etməyə hazırdır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Moskva danışıqların davam edəcəyinə və münaqişənin zorakı ssenarisinə qayıtmayacağına ümid edir.
Kremlin sözçüsünün sözlərinə əsasən, Yaxın Şərqdə zorakı ssenariyə qayıdış baş verərsə, qlobal iqtisadiyyat və regional təhlükəsizlik üçün nəticələr daha da pis olacaq.
O, həmçinin qeyd edib ki, Rusiya qlobal enerji bazarlarında məsuliyyətli və çox vacib oyunçu olaraq qalır və Rusiyanın enerji resurslarının həcmini görməzdən gəlmək çox çətindir.
Azinformasiya.az