Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, danışıq zamanı İran və ABŞ arasında yaranmış gərginliyin azaldılmasına çağırış edilib.
Nazirliyin açıqlamasına əsasən, İshaq Dar bildirib ki, tərəflər “2026-cı ilin iyununda İslamabad Anlaşma Memorandumunda razılaşdırıldığı kimi, gərginliyin azaldılması yolunu tutmalı və təmkin nümayiş etdirməlidirlər”.
O eyni zamanda vurğulayıb ki, “dialoq və diplomatiya mübahisələrin həlli, o cümlədən regionda davamlı sülh və sabitliyin təmin olunması üçün yeganə real yoldur”.
Azinformasiya.az