Koronavirusa görə karantin məhdudiyyətləri BU TARİXDƏ LƏĞV EDİLƏCƏK

Koronavirusun əhali arasında yayılma təhlükəsi səbəbindən müxtəlif ölkələrdə tətbiq olunan məhdudiyyətlər dünyada 2021-ci ilin ortalarına qədər başlamayacaq.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Oksford Ekonomiks analitik şirkətinin mütəxəssisləri proqnoz verib. Bildirilib ki, iqtisadi genişləmə ümumi vaksinasiyadan və COVID-19-a qarşı insan immunitetindən asılıdır:

“Hərtərəfli peyvənd proqramının həyata keçirilməsi aylarla davam edəcək, bu da onu təsdiqləyir ki, pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırılması prosesi dünyada yalnız 2021-ci ilin ortalarında başlayacaq”.

Xatırladaq ki, koronavirus infeksiyası riskini azaltmaq üçün vətəndaşlar sadə qaydalara riayət etməlidirlər: maskalar taxın, əllərinizi yaxşıca yuyun və sosial məsafəni qoruyun. Simptomlar ortaya çıxsa, həkimə müraciət edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir