Bayden and içərək prezident kimi fəaliyyətə başladı

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inaqurasiya mərasimi keçirilib.

Azinformasiya.Az-ın məlumatına görə, ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.

Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Mərasimdə müğənni Ledi Qaqa Amerika Birləşmiş Ştatların himnini ifa edib.

Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb.

İnaqurasiyada həmçinin, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş (kiçik – Red) və Barak Obama iştirak edib.

Pandemiya səbəbindən mərasim sosial məsafənin saxlanılması şəraitində təşkil edilib. Xüsusilə, yeni dövlət başçısının andiçmə mərasimi münasibətilə parad təşkil edilməyəcək. İnaqurasiyanı işıqlandırmaq üçün akkreditə olunmuş jurnalistlərin sayı azaldılıb.

Qeyd edək ki, ABŞ-ın səlahiyyətləri başa çatmış prezidenti Donald Tramp Co Baydenin inaqurasiyası mərasimində iştirak etməyib. O, həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir