Tərtər rayonunda su kanalına düşən 63 yaşlı kişi ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə ötən gün Ağkənd kəndinin ərazisində qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Ağa Məmmədov su doldurarkən kanala düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq müvafiq orqanlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az