Cəlilabadda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Cəlilabadda iki minik avtomobili toqquşub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında, Göytəpə şəhəri ərazisində baş verib.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Toqquşma nəticəsində avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb və kanala düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir