Gəncədə qadın əməliyyatdan sonra ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə qeydə alınıb. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb.
Məlumata əsasən, qadın xəstəxanada ürək əməliyyatı olubmuş. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az