Zaqatalada yol qəzası zamanı ər-arvad xəsarət alıb

Zaqatalada baş verən qəza zamanı ər-arvad xəsarət alıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisndən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər – Balakən rayonu Katex kənd sakinləri, 1984-cü il təvəllüdlü Müzəffər Zülfüqar oğlu Osmanov və onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Vüsalə İbrahim qızı Osmanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir