Gəncədə 60 yaşlı kişini avtomobil vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini, 1963-cı il təvəllüdlü Q.Rüstəmovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir