Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alanlar var

Zaqatalada minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

 

Azinformasiya.az xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Lahıc kənd inzibati ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilən yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir