Zaqatalada beşotaqlı ev yanıb

Zaqatalada 5 otaqlı fərdi yaşayış evi yanıb.

 

Azinformasiya.az xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsə 150 kv/m olan kürsülü 5 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir