Zaqatalada 84 yaşlı qadın özünü ağacdan asıb

Zaqatalada 84 yaşlı qadın özünü fındıq ağacından asıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Danaçı kəndində olub.

Kənd sakini, 1939-cu il təvəllüdlü Sona Yumuxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki fındıq ağacından asılı vəziyyətdə tapılıb.

S.Yumuxovanın əsəb xəstəliyindən əziyyət çəkdiyi və ilkin ehtimala görə bu səbəbdən intihar etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir