NATO Baş katibi: “İsveçdə aksiyalar təşkil edənlər bu ölkənin Türkiyə ilə əməkdaşlığına mane olmaq istəyirlər”

“İsveçdə aksiyalar təşkil edənlər bu ölkənin Türkiyə ilə antiterror sahəsində əməkdaşlığına mane olmaq istəyirlər”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Ankarada Türkiyə Prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

NATO Baş katibi xatırladıb ki, İsveç Türkiyənin narahatlığını qarşılamaq üçün əhəmiyyətli və konkret addımlar atıb: “Bura İsveç konstitusiyasına düzəlişlər; silah embarqosuna son qoymaq; PKK da daxil olmaqla, terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi kimi addımlar daxildir.

Bildiyiniz kimi, bu ölkədə bir neçə gün əvvəl mühüm yeni antiterror qanunu qüvvəyə minib.

Beləliklə, İsveç öz öhdəliklərini yerinə yetirib”.

O, həmçinin qeyd edib ki, İsveçdə Türkiyə və NATO əleyhinə nümayişlər keçirilir. “Lakin açıq şəkildə qeyd edim ki, sərbəst toplaşmaq və ifadə azadlığı demokratik cəmiyyətlərsə əsas dəyərlərdir. Bu hüquqlar qorunmalı və təmin edilməlidir. Amma, həmçinin bu nümayişlərin niyə baş verdiyini unutmamalıyıq. Təşkilatçılar İsveçin NATO-ya daxil olmasına mane olmaq istəyirlər.

Onlar İsveçin Türkiyə ilə antiterror əməkdaşlığına mane olmaq istəyirlər. Onlar NATO-nu zəiflətmək istəyirlər. Biz onların uğur qazanmasına imkan verməməliyik”, NATO Baş katibi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir