Zərdabda 94 yaşlı qadın dəm qazından ölüb, nəvəsi zəhərlənib

Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün rayonun Şahhüseynli kəndində baş verib.

Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir