Kobaxidze: Gürcüstan-Azərbaycan danışıqlarında hər iki tərəfin maraqları bərabər nəzərə alınır

“Biz Azərbaycan tərəfi ilə danışıqlara iki dövlət arasında standart dialoq kimi deyil, ortaq maraqlar barədə dostcasına söhbət kimi yanaşdıq. Hər yerdə ideal şərtlərimiz var, hər iki tərəfin maraqları bərabər nəzərə alınır, bu, həm qaz və elektrik enerjisinin idxalına, həm də tranzitinə, o cümlədən Bakı-Tbilisi-Supsa boru kəmərinin fəaliyyətinə aiddir”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Bakı-Tbilisi-Supsa boru kəmərinin fəaliyyətinin dayandırılması nəticəsində Gürcüstan dövləti on milyonlarla lari potensial gəlir itirirdi və istismar bərpa olunandan sonra müvafiq gəlir dövlət büdcəsinə daxil ediləcək.

Kobaxidze Gürcüstana təbii qaz tədarükünün zəmanətli həcminin artırıldığını qeyd edib.

“Zəmanət baxımından həcm ümumilikdə artırılıb. Bilirsiniz ki, “Şahdəniz” yatağından qaza zəmanət də daxil olmaqla razılaşmaların üç əsas istiqaməti və əlavə iki razılaşma var. İmzalanmış sazişə əsasən, həcm baxımından mövcud zəmanətdən daha çox zəmanət əldə etdik”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir