Ukraynanın Çerniqov şəhərinə raket hücumu olub, 4 nəfər ölüb

Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərinə raket hücumu edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus teleqram kanalında yazıb.

“Ölənlər və çoxlu yaralılar var”, – deyə o qeyd edib.

Məlumata əsasən, Rusiya qoşunları aprelin 17-də səhər saatlarında Çerniqovu üç raketlə vurublar və raket hücumu nəticəsində azı 4 nəfər həlak olub. Yaralıların sayı hələlik məlum deyil.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir