Ukrayna XİN: Ədalətli sülhün bərpasına istiqamətlənmiş təşəbbüslərimizdə Azərbaycanın dəstəyinə güvənirik

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynanın xarici işlər nazirinin müavini Əminə Caparova ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini “Twitter”də yazıb.

“Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdən məmnun oldum. Biz Krım Platforması Sammitinə hazırlıq və Sülh Formulunu müzakirə etdik. Biz ədalətli və davamlı sülhün bərpasına istiqamətlənmiş təşəbbüslərimizdə Azərbaycanın dəstəyinə güvənirik”, – Ukrayna XİN rəsmisi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir