Ukrayna Rusiyanın Yeysk limanına dronlarla hücum edib

Ukrayna ötən gecə Rusiyanın Krasnodar bölgəsində yerləşən Yeysk limanına hücum edib.

 

Azinformasiya.az “UNIAN“a istinadən xəbər verir ki, dronlar vasitəsilə edilən hücumda azı bir gəmiyə ziyan dəyib.

Hücumların limanda genişmiqyaslı yanğına səbəb olduğu bildirilib.

Rusiya isə ötən gecə ərzində əsas hədəflər Kiyev və Odessa olmaqla Ukrayna ərazisinə hücumlar təşkil edib.

Ukraynaya endirilən zərbələrdə “Banderol” tipli PUA-lardan, o cümlədən “İskəndər-M” tipli raketlərdən istifadə olunub.

Ümumilikdə, 50-dən çox nöqtəyə zərbələr endirilib.

Kiyevdə dəmiryoluna ballistik raketlə edilən hücumda isə bir nəfər ölüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir