Tayvan sahillərində hissedilən zəlzələ olub

Tayvanın şimal-şərq sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri İlan şəhərindən təxminən 41,7 kilometr cənub-şərqdə, dənizdə yerləşib. Yeraltı təkanların ocağı 27,8 kilometr dərinlikdə olub.

Zəlzələnin ən güclü təsiri İlan və Hualyan ərazilərində qeydə alınıb. Yeraltı təkanlar, həmçinin Taypey, Yeni Taypey, Taoyuan, Tayçun və digər şəhərlərdə hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir