Türkiyədə mədəndə partlayış olub, 1 nəfər ölüb, 1 yaralı var

Türkiyədə Elazığ bölgəsində mədəndə baş verən partlayış olub, nəticədə çökmə baş verib. Bir fəhlə uçurumun altında qalaraq ölüb, bir işçi isə yaralanıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə yerinə sağlamlıq, jandarma və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları cəlb edilib.

Uçqun altından çıxarılan Remzi Tahtacının öldüyü müəyyən edilib. Yaralı A.T. təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir