Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Çiləgir kəndi ərazisində baş verib.

“Vaz 2106” və “Vaz 2107” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir