Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşılıb.
“Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edir, müstəqillik uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”, – paylaşımda qeyd edilib.
Azinformasiya.az