Beyləqanda ustanı cərəyan vuraraq öldürüb

Beyləqan rayonunda ustanı elektrik cərəyanı vuraraq öldürüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə oktyabrın 31-də Mil qəsəbəsinin ərazisində qeydə alınıb.

Orada yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir