Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Paylaşımda Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözlərinə yer verilib.

Bildirilib ki, 28 may 1918-ci ildə yüksələn müstəqillik ruhu bu gün Türkiyə və Azərbaycanın qəlbində yaşayır.

“Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizi mərhəmət və minnətdarlıqla xatırlayır və qəhrəman qazilərimizə təşəkkürümüzü bildiririk”, – paylaşımda deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir