Bəqai: ABŞ-ın atəşkəsi pozmasını qınayırıq, İranın özünü müdafiə etmək hüququ var

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ hərbi qüvvələrinin Bəndər-Abbasdakı bəzi ərazilərə hücum edərək, atəşkəsi pozmasını qınayıb.

 

Azinformasiya.az  xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib ki, “İranın ərazi bütövlüyü və milli suverenliyinə qarşı yönələn bu təcavüzkar addımlar beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır”.

Onun sözlərinə əsasən, BMT Təhlükəsizlik Şurası ABŞ-ın hərəkətlərinə cavab olaraq, öz qanuni öhdəliyini yerinə yetirməlidir.

İran XİN sözçüsü ABŞ tərəfindən 8 aprel tarixində elan olunmuş atəşkəsin davamlı şəkildə pozulmasına, xüsusilə də Fars körfəzində və açıq sularda gəmiçiliyinə, o cümlədən son bir neçə gündə İranın cənub bölgələrinə qarşı hava hücumlarına diqqət çəkərək, İran İslam Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün müdafiəsi üçün bütün zəruri tədbirləri görməkdə qətiyyətli olduğunu vurğulayıb.

Bəqai ABŞ Prezidenti Trampın Omana qarşı hədələyici bəyanatını pisləyib və həmrəyliyini ifadə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir