ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə cavab verib.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında bildirib.
“Çarəsizlikdən görüşən biz yox, İran idi. Onlar tükəniblər. 60 gün müddətini sınaqdan keçirəcəyik. Onların pulu yoxdur, 10 sentləri belə yoxdur”, – Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ABŞ-ın çarəsizlikdən İranla danışıqlara məcbur olduğunu iddia edib.
Azinformasiya.az