İranın xarici işlər naziri Abbas Əraqçi İsraili “daimi müharibə” istəməkdə günahlandırıb.
Azinformasiya.az xəbər verir ki, o, bunu “X” hesabında İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin 4 İsrail hərbçisinin ölümündən sonra “bütün Livan yanmalıdır” bəyanatına münasibət bildirərkən yazıb.
O, bu sözlərin İsrailin təhlükəsizlik naziri tərəfindən deyilməsinə diqqət çəkib.
Əraqçi qeyd edib ki, İsrailin yeganə marağı “daimi müharibə”dir.
İran XİN rəhbəri İsrailin milli təhlükəsizlik nazirinin fikirlərini bütün bəşəriyyət üçün təhdid adlandırıb.
Azinformasiya.az