Tramp: İranda elektrik stansiyaları və körpüləri vurmaq istəmirik, xalq əziyyət çəkir

İranı bu gecə bombardman edəcəyik, ancaq elektrik stansiyalarına və körpülərə zərbə endirmək istəmirik.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“Bu gecə daha çox bombardman olacaq. Daha böyük olacaq — daha böyük, daha güclü”, — o bildirib.

Tramp ABŞ-ın İranda elektrik stansiyalarına və körpülərə hücum edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib.

“Mən bunu etməməyi üstün tutaram, çünki bunu etdikdən sonra əziyyət çəkən xalq olur”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir