Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb

İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə əsasən, danışıqların gedişi İran üçün əvvəldən aydın olub və yekun mətnin böyük hissəsi razılaşdırılıb. Ancaq sonradan ABŞ tərəfi öz mövqeyində dəyişiklik edib.

Bəqai vurğulayıb ki, İran müəyyən etdiyi qırmızı xətlər məsələsində heç bir güzəştə getməyib və razılaşma ilə bağlı yayılan məlumatlar hazırda yalnız ehtimal xarakteri daşıyır.

“Bu məsələ ilə bağlı hələ heç nə yekunlaşmayıb”, – deyə o bildirib.

XİN sözçüsü əlavə edib ki, ABŞ-ın qanunsuz addımları səbəbindən Hörmüz boğazı hələ də bağlı qalır və təhlükəsiz hərəkət təmin edilmədiyi üçün gəmilər ehtiyatlı olmalıdır.

Bəqai eyni zamanda qeyd edib ki, Qətər və Pakistan tərəflər arasında vasitəçilik missiyasında fəal iştirak edir.

Xatırladaq ki, “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən bildirmişdi ki, ABŞ-ın 14 maddədən ibarət razılaşma mətninə dəyişiklik etdirmək cəhdləri nəticə verməyib. Agentliyin məlumatına əsasən, Vaşinqton sonradan Qətər vasitəsilə əlavə düzəlişlərə ehtiyac olmadığını Tehrana çatdırıb.

Bununla belə, sözügedən mətn hələ də İranın aidiyyəti qurumlarında nəzərdən keçirilir və yekun qərar verilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir