ABŞ və İran arasında heç bir dialoq aparılmır.
Azinformasiya.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Onun sözlərinə əsasən, hazırda İranla danışıqlar aparılmır və planlaşdırılmır.
“Dəniz blokadası tam qüvvədə qalır. Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün dəniz minaları təmizlənib və ya zərərsizləşdirilib”, – Tramp vurğulayıb.
Azinformasiya.az