Qusarda yük avtomobili piyadanı vurub

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində baş verib.

Belə ki, Elçin Fətəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən Yaqub Əliyevi vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir