Tehranda ticarət mərkəzində yanğında 11 nəfər ölüb

Tehranda ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə ötən gün Qərbi Tehranın Şəhriyar rayonunda yerləşən “Arğəvan” ticarət mərkəzində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri saatlarla yanğının söndürülməsi istiqamətində iş aparıb.

Son rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 11 nəfər ölüb, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir