Şəki şəhərində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Azinformasiya.az xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində qeydə alınıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişin – 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb, sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin – 16 yaşlı yeniyetmə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az