TBMM sədri Azərbaycan-Ermənistan normallaşma prosesi və ABŞ-İran danışıqları haqda danışıb

Türkiyə ABŞ-İran danışıqlarında müsbət mərhələni məmnunluqla qarşılayır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışında deyi

“Ümid edirik ki, əldə olunmuş razılaşmaya sonadək sadiq qalınacaq, danışıqlar sonadək müsbət məcrada davam edəcək və nəhayət, İrana qarşı ABŞ və İsrail tərəfindən başladılan bu müharibə dayandırılaraq, tam mənada sülh mühiti təmin olunacaq”, – TBMM sədri qeyd edib.

O, ABŞ-la İran arasında aparılan danışıqların mühüm tərkib hissələrindən biri hesab edilən Livanda İsrail hərbi əməliyyatlarının dayandırılmasının da həyati əhəmiyyət daşıdığını vurğulayıb. “Livan livanlılarındır. Fələstin fələstinlilərindir. Bu ölkələr üzərində İsrailin heç vaxt haqqı olmayıb və bundan sonra da olmayacaq”.

Numan Kurtulmuş Türkiyənin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini dəstəklədiyini və bu prosesin davamlı sülhlə nəticələnəcəyinə ümid etdiyini deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir