İslamabad memorandumunu ABŞ-ın məğlubiyyətinin bəyanatı hesab edirik.
Azinformasiya.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışındakı çıxışında deyib.
O, İranın itkilərə məruz qalmasına baxmayaraq, ABŞ və İsraili məğlub etdiyini iddia edib: “Bu müharibə xalqımıza ağır zərərlər vursa da, bir həqiqəti üzə çıxardı: ən çətin şəraitdə xalqın müqaviməti və iradəsi təcavüzkarların bütün hesablarını alt-üst edir. Davamlı sülh təslimçilik, təzyiq və alçalma nəticəsində yox, güc, izzət və qarşılıqlı hörmət əsasında yaranır”.
O ABŞ-la əldə olunmuş anlaşma memorandumunu Vaşinqton üçün məğlubiyyət adlandırıb: “İslamabad anlaşması da təzyiq və məcburiyyətin yox, İran xalqının müqaviməti və qüdrətinin nəticəsi idi. Bu anlaşma göstərdi ki, dialoq yalnız qarşı tərəf öz iradəsini qədim və mədəni bir xalqa zorla qəbul etdirməkdən əl çəkdikdə və onun hüquqlarını tanıdıqda nəticə verir. Məhz buna görə İslamabad memorandumunu ABŞ-ın məğlubiyyətinin bəyanatı hesab edirik”.
Azinformasiya.az