Tərtərdə 54 yaşlı kişi güllələnib

Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir