Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə, şəhərin Nizami Gəncəvi prospektində baş verib. “Hyundai” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az