Sumqayıtda iki avtomobil toqquşub, 64 yaşlı sürücü ölüb

Sumqayıtda avtomobillər toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Əli Məmmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə, 1959-cu il təvəllüdlü Tofiq Kərimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.

Nəticədə Tofiq Kərimov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir