İrəvanda çoxmərtəbəli binada yanğın olub, ölən və yaralananlar var

Ermənistanın paytaxtı İrəvan şəhərində çoxmərtəbəli binada yanğın olub, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunub ki, şəhərin Nor Areş rayonunda çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzildə yanğın baş verib, 4 nəfər təxliyə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir