Sabirabadda intihar hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində baş verib.
Belə ki, Nərimankənd kənd sakini, 1992-ci il təvəllüdlü Həsənova Samirə Nəsrulla qızı özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib. İki uşaq anası olan 31 yaşlı qadının hansı səbəbdən intihar etdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az