Cəlilabadda avtomobillə motosiklet toqquşub, 2 nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

“VAZ 2107” markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində motosikletdə olan şəxslər, Cəlilabad sakinləri – 1977-ci il təvəllüdlü Ehtiram Nəsirov və 1976-ci il təvəllüdlü Vüqar Camalov xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir