Saatlıda avtomobil azyaşlını vuraraq öldürüb

Bu gün saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi “Daewoo” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Məlumata əsasən, azyaşlı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir